Bu da dünyanın ən seksual qadını FOTOLAR

12 İyun, 2019 12:36 | Həyat Tərzi | Baxış sayı: 463
Olivia Culpo
Olivia Culpo

27 yaşlı model 2012-ci ildə "Kainat gözəli" seçilib

"Maxim" jurnalı 2019-cu ilin ən seksual qadınını seçib. Jurnal ənənəvi “dünyanın ən seksual 100 qadını" siyahısını hazırlayıb. Siyahıya 2012-ci ilin kainat gözəli Olivia Kulpo başçılıq edir. Amerikalı 27 yaşlı model jurnalın üz qabığına da öz "nominasiyasına" uyğun foto çəkdirib.  O, siyahıya başçılıq etməsini "uşaqlıq xəyalı" adlandırıb.

Kulpo 1992-ci ildə 8 mayda ABŞ-da doğulub. Beş uşaqlı ailənin üçüncü övladı olan modelin anası irlandiyalı, atası isə amerikalıdır.

2012-ci ilin iyun ayında "Miss Amerika", eyni ilin sonunda isə "Miss Universe" tacını taxıb. O, 1997-ci ildən bəri "Kainat gözıli" seçilən ilk amerikalı olub.

Boston universitetində  rabitə, aktrisalıq təhsili alıb. Culpo həm də musiqiçidir.