Ramazanda necə qidalanaq?

12 İyun, 2017 14:00 | Həyat Tərzi | Baxış sayı: 79
İftar
İftar

Müqəddəs ayın 17 günü geridə qalır

Ramazan ayının 17 günü geridə qaldı. Artıq qidalanma formamız nisbətən tənzilmənsə də, havanın temperaturunun artması daha diqqətli olmağımızı tələb edir. 

Ümimiyyətlə Ramazan ayında qidalanma şəklinin dəyişməsi, hərəkətin azalması, yuxunun artması bəzi qidalanma, həzm problemlərini ortaya çıxara bilər. Bəs bu problemlərlə qarşılaşmamaq üçün nə etməli? İstiPress bir neçə asan tövsiyyəni təqdim edir. 

İftara su, xurma, ilıq şorba, doğrama kimi yüngül yeməklərlə başlayın. Əsas yeməyə tez keçməyin. Azı 30 dəqiqə gözləyin.
İftardan 2-2,5 saat sonra 1 dəfə ara yeməyi yeyin. Bu meyvə, qatıq, çərəz və s. ola bilər. Şərbətli, yağlı şirniyyatlar yerinə südlü və ya meyvəli şirniyyatları seçin. Şirniyyatdan istifadəni həftədə 1-2 dəfəyə kimi azaldın. 
İftarda süfrənizdə mütləq qara çörək, salat, tərəvəz olsun.
Yağlı və qızardılmış yeməkləri soyutma, sobada bişmişlə əvəz edin. Bu sizi mədə sancıları, həzmsizlikdən qoruya bilər. 
Gün ərzində ağır fiziki hərəkətlərdən uzaq durun. Yüngül yürüyüş kimi idmana üstünlük verin.
İmsakı qətiyyən ötürməyin. 
İmsakda uzun müddət tox saxlayan qidalar yeyin - məsələn, süd, qatıq, yumurta, pendir kimi. 
Duzlu qidalardan qaçın. Bu bütün gün susuzluqla mübarizə aparmağınıza səbəb ola bilər.