Ramazanda sağlam qalıb, kökəlməmək üçün bunları edin

12 May, 2018 12:10 | Həyat Tərzi | Baxış sayı: 340
Ramazan qidası
Ramazan qidası

Bu il də oruc günləri yaya təsadüf edir

On bir ayın sultanı Ramazanın başlamasına sayılı günlər qalıb. Bu il də Ramazan ayı ilin isti günlərinə təsadüf edir. İstiPress Ramazan ayı ərzində oruc tutub, sağlam qalmağın və çəki almamağın bəzi detallarını açıqlayacaq.

Gündə iki dəfə iftar və imsaq, həm də gecə saatlarında yemək istər-istəməz çəkiyə təsir edə bilər. İlk növbədə imsaqsız oruc tutmağı unudun. Bu zaman yol verilən ən böyük səhvlərdən biri də gündə 3-4 dəfə yediyimiz yeməkləri 2 dəfədə bitirmək istəyimiz olur. Yemək qəbulunun sayı azaldığı üçün insanlar daha çox xəmir işləri, şirniyyata rasionda yer verir, meyvə, tərəvəz isə demək olar ki, unudulur. Lakin məhz bu dövrdə gündəlik protein, vitamin və mineral qəbulunu artırmaq üçün meyvə, tərəvəz, çərəz kimi məhsulları unutmamalıyıq. 

Bəziləri Ramazan ayında tutulan orucdan artıq çəkidən qurtulmaq üçün istifadə edir. Lakin bu doğru yanaşma deyil. Çəki artırmamaq üçün ;

İmsaka mütləq durmaq

Yeməkdən azı 40 dəqiqə sonra yatmaq

Yatmadan öncə bol su içmək

Yüngül yeməklərə üstünlük vermək 

Səhər və axşam yağlı, ağır yeməklərdən uzaq durmaq şərtdir. 

Ramazan ayında kökəlməyin səbəbləri arasında metabolizmanın yavaşlaması, iftar və imsaqın günün ən az hərəkətli vaxtına düşməsi, qan şəkərinin düşməsi səbəbindən şirniyyat istəyinin artması da var. 

Seçilən yeməklər uzun müddət tox saxlama qabiliyyətinə malik olmalıdır. Məsələn, yumurta, ət, balıq, azı bir ovuc çərəz. 

Duzu az olan yeməklər daha az susuzlamanıza kömək edəcək. Səhərlər xüsusilə omlet, təzə tərəvəzlərlə pomidor çığırtmasına üstünlük verin. 

Aclıq hissi insülin ifrazı ilə bağlıdır. İnsulinə təsir edən işlənmiş karbonhidratları (xəmir məmulatları) imsakda qəbul etməyin. Bu məhsullar gün ərzində bağ ağrısı verə bilər.

İsti aylarda balıqdan çox istifadə olunmadığını nəzərə alaraq Omega 3 ehtiyacını balıq yağları ilə qarşılaya bilərsiz. 

Ənənəvi yağlı, şərbətli şirniyyatları südlü və meyvəlilərlə əvəz edin. Süd məhsulları qəbzlik problemindən də uzaq qalmağınıza kömək edə bilər. 

Su bağırsaq və böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Ancaq yemək zamanı içilən su ancaq ziyan vura bilər. Belə ki, həzm sistemi pozula, mədə sancıları meydana çıxa bilər. 

İftardan sonra dərhal içilən çay və qəhvə alınan vitaminləri məhv edə bilər. Bunun üçün azı yarım saat gözləyin. Həzmin yaxşı getməsi üçün yavaş-yavaş, çox çeynəyərək qida qəbul edin. Yemək sonrası 1 saatlıq yürüyüş edin.