İsrailin aparatı Aya gedə bilmədi

12 Aprel, 2019 08:44 | Həyat Tərzi | Baxış sayı: 42
Kosmos
Kosmos

“Bereşit” eniş zamanı Yerlə əlaqəsini itirib

İsrailin “Bereşit” kosmik aparatı Aya eniş zamanı qəzaya uğrayıb. Missiya rəhbərlərindən birinin məlumatına görə, aparatı Aya yerləşdirmək mümkün olmayıb.

“Bereşit” eniş zamanı Yerlə əlaqəsini itirib. Kosmik aparat fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan “Falcon 9” raketi ilə göndərilib və bir həftə əvvəl Ayın orbitinə daxil olub.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, kosmik aparat 2,5-3 ildən sonra Aya enəcək.