Ölüm vaxtını deyən cihaz kəşf edildi

12 Mart, 2019 14:01 | Həyat Tərzi | Baxış sayı: 344
Tibbi analiz
Tibbi analiz

Bütün məlumatlar bir damla qandan alınır

İnsanın ölüm tarixini onun qan analizlərinin nəticəsinə uyğun olaraq müəyyən etmək olar. Amerikalı alimlər yeni texnologiya üzərində işləyiblər. Yeni texnologiya "GrimAge" adlanır. 

Qandan götürülən plazma ilə sahibinin bioloji yaşını müəyyən edən DNT hesablanır. Daha sonra burada potensial ömür uzunluğuna təsir edən faktorlar, o cümlədən pəhriz, təhsil səviyyəsi də nəzərə alınır. Sonda qurğu insanın ölüm tarixi ilə bağlı proqnoz verir. 

Tədqiqatçılar yeniliyin insan ömrünün uzadılması sahəsində yeni zirvələr fəth etməyə kömək edəcəyinə ümid edirlər.  Bundan başqa ölüm tarixinin proqnozu orqanizmin qocalması mexanizminin də öyrənilməsində kömək edəcək.