2 milyona maşın nömrəsi

12 Mart, 2018 13:55 | Həyat Tərzi | Baxış sayı: 210
Bahalı nömrə
Bahalı nömrə

Nömrə bir hərf və iki rəqəmdən ibarətdir

Avtomobil nömrəsi 2,62 milyona satıldı. İstiPress-in məlumatına görə, bu satış Birləşmiş Ərəb Əmirliyində baş tutub. Hərrac Dubayda baş tutub. "W22" nömrəsi üçün alıcı 2,62 milyon dirhəm, yəni 713 min dollar pul ödəyib.

İkinci nömrəyə də inanılmaz təklif olunub -  "Т32" üçün 457 min dollar. İlk üçlüyü isə "T88888"nömrəsi qapayır  -  193 min dollar. "R66666"nömrəsi alıcısı üçün daha ucuz - 182 min dollara başa gəlib. 

Qeyd edək ki, Dubayda avtomobil nömrələrinin satışından olduqca böyük qazanclar əldə edilir. Milyonçu ərəblər bahalı maşınlarını daha gözoxşayan nömrələrlə bəzəmək üçün bir-birləri ilə yarışırlar.

Ümumilikdə hərracda 80 avtomobil nömrəsi satılıb. Ümumi gəlir isə 5,4 milyon dollar olub. Hərracda 500-dən çox adam iştirak edib. Amma onların əksəriyyəti başqa - adı açıqlanmayan zəngilərin adından satışa qatılır.