Bakı ən romantik şəhərlər siyahısına düşüb

12 Fevral, 2019 08:55 | Həyat Tərzi | Baxış sayı: 132
Bakı
Bakı

“TurStat” analitik agentliyinin hesabatı

Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub.

IstiPress-in məlumatına görə, bu, “TurStat” analitik agentliyinin hesabatında qeyd olunub

İlk beşliyə həmçinin Gürcüstan paytaxtı Tbilisi, Qazaxıstanın paytaxı Astana, Belarus paytaxtı Minsk və Moldovanın Kişinyov şəhərləri daxil olub.

MDB-nin romantik şəhərləri sırasına həmçinin Bişkek və Almatı şəhərləri də daxil olub.

Qeyd edək ki, reytinq rusiyalı turistlərin iştirak etdiyi internet-sorğusu əsasında tərtib olunub.