VİP Həcc ziyarəti - qiyməti insanı şoka salır

12 Fevral, 2017 04:49 | Həyat Tərzi | Baxış sayı: 249
Məkkə
Məkkə

Son model lüks avtomobillər və VİP avtobuslarla edilən həcc ziyarəti

Türkiyənin turizm şirkətlərindən biri həcc ziyarətini həyata keçirmək istəyənlərə şok məbləğ qarşılığında xidmət təklif edib.

İstiPress-in məlumatına görə, Amade turizm şirkətinin təklif etdiyi son model lüks avtomobillər və VİP avtobuslarla edilən həcc ziyarətinin qiyməti 15 min dollardan başlayır.

Bundan başqa, şirkət Ərafatda Həcc Nazirliyinin təşkil etdiyi çadırların yerinə 5 ulduzlu, kondisionerli çadırlar da təklif edir.

Burada yeməklərin 5 ulduzlu otellərin aşpazları tərəfindən hazırlandığı bildirilir. Eyni zamanda mənzərəsi Kəbəyə açılan otellər də mövcuddur.