Qidadan ölüm riski yüksək olan ölkələr - Azərbaycan da var

12 Yanvar, 2019 12:55 | Həyat Tərzi | Baxış sayı: 84
Piylənmə
Piylənmə

İlk onluqda keçmiş sovet ölkələri yer alıb

Qeyri-düzgün qidalanmaya bağlı ölüm hallarının daha yüksək olduğu ölkələrin adları açıqlanıb.  Maraqlıdır ki, ilk onluq keçmiş sovet ölkələrindən ibarətdir. "Daily Mail"in məlumatına görə, siyahı araşdırmaçılar tərəfindən tərtib edilib. 

Lider Özbəkistandır. Burada 100 min adamdan 394 nəfəri düzgün qidalanmır. Növbəti yerləri isə Türkmənistan və Qırğızıstan bölüşür. 

İlk onluqda həmçinin Ukrayna, Moldova, Belarus, Tacikistan, Qazaxıstan, Rusiya, Azərbaycanın adı var. Qərbi Avropada isə ən pis göstərici Almaniyadadır. 

Nisbətən sağlam qidalananlar isə İspaniya və İsraildə yaşayırlar. 

Adıçəkilən ölkələrin siyahıda yer almasına səbəb kimisə un məmulatlarından həddindən çox istifadə göstərilir. Bundan başqa duzdan çox istifadə, meyvə-tərəvəzin rasionda azlığı ürək-damar xəstəlikləri, piylənmə, yüksək təzyiq kimi bir çox problemlərə yol açır. 

Ekspertlər hesab edirlər ki, düzgün qidalanmamaqla bağlı olaraq yaranan xəstəliklər 2016-cı ildə Avropada 2,1 milyon insanın ölümünə yol açıb.