Qadınların çoxdan gözlədiyi xəbər - artıq kişi lazım deyil

12 Yanvar, 2018 12:45 | Həyat Tərzi | Baxış sayı: 501
Ərəb qadınlar
Ərəb qadınlar

25 yaşdan sonra...

Ölkənin dünyaya daha sürətli inteqrasiyası üçün bir-birinin ardınca inqilab sayıla biləcək qərarların qəbul edildiyi Səudiyyə Ərəbistanında daha bir sevindirici xəbər. Artıq qadınlar bu ölkəyə daha rahat səyahət edə biləcəklər. Daha doğrusu səyahət üçün onların yanında kişinin olması gərəkli deyil.

Qanunlardakı yeni dəyişikliyə görə, 25 yaşından sonra qadınlar təkbaşına istədikləri yerə gedə biləcəklər. Bunun üçün onları hər hansı bir kişinin müşayiəti lazım olmayacaq. Bu barədə açıqlamanı turizm və milli miras komitəsinin rəhbəri Ömər El Mübarək 25 yaşı bitən qadınların Səudiyyəyə təkbaşaına gələ biləcəklərini deyib. “Turist vizası olacaq. Bir dəfə girik haqqı verən viza 30 gün müddətində qüvvədə olacaq".

Bundan başqa ölkədəki inqiladi dəyişiklərin müəllifi sayılan vəliəhd şahzadə Məhəmməd bin Salman turizm potensialını artırmaq üçün daha bir layihə üzərində çalışır. Belə ki, Qırmızı dənizdəki 50 kimsəsiz adada xüsusi turizm mərkəzi salınacaq.

Xatırladaq ki, ötən ilin sonunda Səudiyyə Ərəbistanında qadın haqları ilə bağlı inqilabi dəyişikliklər olub. Belə ki, onlar üzün müddət mübarizə apardıqları sürücülük hüquququ, stadionlarda idman yarışlarına baxmaq haqqını qazanıblar.