"WhatsApp"dan iki "bomba" yenilik

12 Yanvar, 2017 10:48 | Həyat Tərzi | Baxış sayı: 186
WhatsApp
WhatsApp

Artıq 10-dan çox şəkil göndərmək olacaq

Dünyanın ən çox istifadə edilən sosial mesajlaşma xidməti "WhatsApp" bir-birindən maraqlı yenilikləri ilə istifadəçilərini sevindiməyə hazırlaşır.

İstiPress-in məlumatına görə, əsas yenilik göndərilən fotolarla bağlıdır. Belə ki, normalda bu şəbəkə ilə 10-dan artıq foto göndərmək mümkün deyildi. Amma yenilənmiş "WhatsApp"da bu say 30-a qaldırılacaq. 

"WhatsApp"ın yenilikləri bununla bitmir. Artıq foto və videolar üzərində istədiyinizi çəkə, yazı və ya "emoji" əlavə edə bilərsiniz. Rəng, fırça seçimi sayəsində şəkillər və yazılarınıza istdiyiniz görünüşü də vermək mümkün olacaq.

Xatırladaq ki, bu gündən başlayaraq "iPhone 3G" və "Android" telefonlarına xidməti dayandırır. İstiPress-in məlumatına görə, şirkət "BlackBerry" və "Nokia" üçün fərqli siyasət yürüdəcək.

"BlackBerry OS", "BlackBerry 10", "Nokia S40" və "Nokia Symbian S60" əməliyyat sisteminə sahib telefonlar da yaxın zamanda "WhatsApp" dəstəyini itirəcək. Adıçəkilən modellər üçün qoyulan müddət bu il yanvarın 30-da bitəcək. Daha öncə adıçəkilən modellərə dəstəyin iyuna kimi davam edəcəyi deyilirdi.