Uzunqulağı avtobusa mindirməyə çalışdı (VİDEO)

12 Yanvar, 2017 14:45 | Həyat Tərzi | Baxış sayı: 24
Uzunqulaq
Uzunqulaq

Sahibi heyvanın pasportunun belə olduğunu iddia edib

Rusiyada qəribə hadisə baş verib. İstiPress-in Life.ru portalına istinadən verdiyi məlumata görə, Dağıstan sakini öz uzunqulağını sərnişin avtobusuna mindirərək Moskvaya aparmağa cəhd edib. 

Adı açıqlanmayan kişi ciddi cəhdlə sürücüdən heyvanı avtobusun baqaj yerinə mindirməyə inandırmağa çalışıb. O, hətta qucağında gəzdirdiyi uzunqulağın pasportunun olduğunu da deyib. 

Baş verənləri sərnişinlərdən biri kamera ilə çəkərək internetə yükləyib. 

Uzun danışıqlardan sonra sürücüdən imtina cavabı alan dağıstanlı kişi heyvanı qucağında apararaq başqa bir maşının baqajına qoyur.