Tatu xərçəng yaradır

12 Yanvar, 2017 13:43 | Həyat Tərzi | Baxış sayı: 15
Tatu
Tatu

Mürəkkəblərin tərkibində kansrogen maddə var

Son zamanlar geniş yayılan tatuajlar - döymələr xərçəngə yol açır. İstiPress-in məlumatına görə, Kopenhagen, Bredford Universiteti və bir sıra başqa ali təhsil ocaqlarının alimləri bu qənaətə gəliblər. Əsas təhlükə mənbəyi isə mürəkkəblərin tərkibindəki təhlükəli maddələrdir.

Belə ki, qırmızı, yaşıl, göy kimi mürəkkəblərin tərkibindəki civə, kobalt adlı maddələr xərçənglə yanaşı başqa bir sıra xəstəliklərə də səbəb ola bilər. Adıçəkilən və əlavə təhlükəli maddələr tatu salonlarda ən çox istifadə edilən 13 mürəkkəbdə aşkar edilib.

Avropa kimya agentliyinin mütəxəssisləri hesab edirlər ki, bu sahədə nəzarət o qədər də güclü deyil. Məhz bu səbəbdən tatu salonlarına gedənlərdə infeksiyaların sayı artır. Son nəticədə isə bu infeksiyalar xərçəng kimi ölümcül xəstəliyə gətirib çıxara bilir.