Prezidentin ən çox "like" yığan tviti (FOTO)

12 Yanvar, 2017 08:20 | Həyat Tərzi | Baxış sayı: 50
Barak Obama ağladı
Barak Obama ağladı

Dövlət başçısının "Twitter"də yazdığını yüz minlərlə insan paylaşıb

Səkkiz il Ağ evə rəhbərlik edən Barak Obamanın vida sözləri ən məşhur çıxışı olub. İstiPress-in məlumatına görə, hazırkı prezidentin vidası onun "Twitter" mikrobloqunun mövcudluğu ərzində ən populyar paylaşımı ola bilib.

"Hər şey üçün çox sağ olun. Mənim son xahişim də ilki ilə eynidir. Xahiş edirəm ki, ancaq mənim dəyişikliklər yaratmaq qabiliyyətimə deyil, özünüzünkünə də güvənin", deyə o bloqunda qeyd edib.  Onun bu qeydimi qısa zamanda yüzminlərlə insan paylaşıb. Bəyənənlərin sayı isə milyonu ötüb. 

Bundan öncə isə onun 2013-cü ilin iyun ayında "Twitter" hesabı açması, eynicinslilərin nigahının leqallaşdırılması, ABŞ-da ali təhsilin qiymətinin azaldılması haqqında tvitləri populyar olmuşdu. 

B.Obama postunu yanvarın 20-də tərk edəcək. Onu ABŞ prezidenti postunda "əmlak kralı" hesab edilən Donald Tramp əvəz edəcək.