Rus gözəl bədəni ilə kişiləri də şoka saldı FOTOLAR

11 Dekabr, 2019 13:14 | Həyat Tərzi | Baxış sayı: 454
Natalya Kuznetsova
Natalya Kuznetsova

Nataliyanın əzələləri ərininkindən belə iridir

Rusiyalı qadın idmançı bədən quruluşu ilə kişiləri belə heyrətə salır. 28 yaşlı Çitadan olan Natalya Kuznetsova bodibildinqlə məşğuldur. Rusiyanın ən güclü qadınlarından biri "The Daily Mail"in diqqətini cəlb edib. 

Mavi gözlü, sarışın Nataliya idmana 14 yaşından başlayıb. Bu illər ərzində o qol güləşi, bodubildinq, "bench press", "deadlift" kimi sahələrdə çempionluqlar qazanıb. 1,70 sm boyu olan rus gözəlin çəkisi 102 kq-a çatıb. 

O, həyat yoldaşı ilə 10 il öncə tanış olub. Gənc qadının əzələləri onun 42 yaşlı həyat yoldaşınınkindən belə iridir. Qadının sözlərinə görə, ərinin əzələləri onukindən kiçikdir, lakin bu onların bir-birini sevməsinə maneə yaratmır. 

Moskovada yaşayan Nataliyanın sözlərinə görə, idmana başlamadan öncə o kiçik qorxaq bir qız idi. İdman sayəsində özgüvəni yüksəlib.