Turistlər üçün ən bahalı şəhər

11 Oktyabr, 2018 10:05 | Həyat Tərzi | Baxış sayı: 78
Dubay
Dubay

“Mastercard” turistlərin 162 ölkədə etdiyi ödənişləri araşdırıb

Turistlər üçün dünyanın ən bahalı şəhərinin adı açıqlanıb. “Global Destination Cities Index” reytinqində Dubay turistlər üçün ən bahalı şəhər kimi birinci yeri tutub. 

“Mastercard”ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubay şəhərində orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.

İkinci pillədə Fransanın payxtaxı Paris (301 dollar) qərarlaşıb. İlk beşlikdə Sinqapur (286 dollar), Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir. Bahalı şəhərlər siyahısında Tokio (154), London (153), Nyu-York (147) da var. 

Reytinqin tərtib edilməsi üçün “Mastercard” turistlərin 162 ölkədə etdiyi ödənişlər barədə məlumatlardan istifadə edib.