"Miss Polad Omba" ləqəbli azərbaycanlı model danışdı - FOTO

11 Oktyabr, 2017 19:21 | Həyat Tərzi | Baxış sayı: 846
Bahar Nəbiyeva
Bahar Nəbiyeva

Azərbaycanlı fitnes-model dünya ulduzlarının sevimlisinə çevrilib

Uzun illərdir Ukraynada yaşayan, Bakıda anadan olmuş məşhur bodibilder Bahar Nəbiyeva ilk dəfə özü və fəaliyyəti barədə danışıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o, "Facebook" sosial şəbəkəsində özü haqqında videomüsahibəni paylaşıb.

Nəbiyeva etiraf edib ki, çoxsaylı fəaliyyətlərlə, eləcə də xeyriyyəçilik işləri ilə məşğuldur. Lakin heç vaxt öz maraqları və şəxsi həyatı barədə məlumatları paylaşmır, çünki bunu zəruri hesab eləmir. O, hər gün idman zalını ziyarət edir, trenajorlarla məşğul olur və özünün nazik bel, cazibəli omba və ayaqları ilə tanınmış pozasında şəkil çəkdirməyi də unutmur.

Xatırladaq ki, Bahar Nəbiyevanın 23 yaşı var. Onun atası azərbaycanlı, anası isə ukraynalıdır. O, Bakıda anadan olub və sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb. Hazırda Alfred Nobel adına Dnepropetrovsk Universitetində təhsil alır.

Sosial şəbəkədə o, "Miss Polad Omba" ("Miss Stalnaya Popa" — dilimizdə qeyri-etik səsləndiyinə görə, dəqiq tərcümə etmirik — red.) ləqəbi ilə məşhurdur. O, 2012-2013-cü illərdə universitetdə keçirilən pauerliftinq yarışlarında iştirak edərək müvafiq mükafatları qazanıb.

2015-ci ilin aprelində Nəbiyeva Dnepr Kuboku yarışlarında fitnes-bikini kateqoriyası üzrə iştirak edərək beşinci yeri tutub. Hazırda idmançı enerji çatışmazlığı səbəbindən sərt dieta və nəticəyə hesablanmış ağır məşqlər tələb etdiyi üçün müsabiqələrdə iştirakla maraqlanmır.

@dragonpharma_llc 😜what are you doing right now?

Публикация от Бахар Набиева (@bakharnabieva)

@dragonpharma_llc Fematrope for girls!

Публикация от Бахар Набиева (@bakharnabieva)