Hakerlər “WhatsApp” yazışmalarınızı oxuya biləcək

11 Oktyabr, 2017 19:10 | Həyat Tərzi | Baxış sayı: 134
WhatsApp
WhatsApp

Əldə edilmiş məlumatları araşdıraraq, kimin kimlə yazışmasını bilmək mümkündür

Hakerlər “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində sizin şəbəkədə keçirdiyiniz vaxtı, kimlə ünsiyyət saxladığınızı öyrənə bilərlər. Bu halda onlayn statusu göstərən funksiyanın deaktiv edilməsi kömək etməyəcək.

İstiPress ICTnews-a istinadən xəbər verir ki, qurğuya müdaxilə üçün hansısa bir qeyri-adi qabiliyyətə malik olmaq lazım deyil.

Proqramlar haqda orta təsəvvürə malik olan istənilən noutbuk  sahibi internet aktivliyi haqda fərdi məlumatları ələ keçirmək qabiliyyətinə malikdir. Onlayn status əsas boşluqdur. “Google Chrome” brauzeri üçün genişlənməni quraşdıraraq, istifadəçidən xəbərsiz onun fəallığını qeydə almaq olar.

Əldə edilmiş məlumatları araşdıraraq, kimin kimlə yazışmasını bilmək mümkündür.