Bu da yeni "iPhone"lar QİYMƏT, FOTO

11 Sentyabr, 2019 10:08 | Həyat Tərzi | Baxış sayı: 222
Smatrfon
Smatrfon

Yeni smartfonlar ən güclü prosessorla işləyəcəklər

"Apple" bu ilin yeni modellərini təqdim etdi. Yeni "iPhone"ların - "iPhone 11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max"ın təqdimatı ötən gecə baş tutub.

Yeni smatrfon "iPhone 11" daha bir kamera əldə edib - 12 meqapikselli genişbucaqlı kamera. Bu kamera "Night Mode"(gecə rejimi) və qaranlıq məkanlarda şəkillərinin keyfiyyətini daha da yaxşılaşdıracaq.

Smartfonun kamerası 4K rejimində saniyədə 60 foto çəkmək qabiliyyətinə malikdir. Frontal kamera da ləngidilmiş rejimdə video çəkə bilər. "iPhone 11"  6,1 düyümlük "Liquid Retina" ekranı ilə təhciz edilib. yenilik ötən il təqdimatı olan "iPhone XR"dən bir saat daha çox çalışa bilir. 699 dollar qiyməti olan smartfon 6 rəngdə təqdim ediləcək. 

"iPhone 11 Pro"da isə teleobyektivli üçüncü kamera da var. Dörd rəngli model iki versiyada folacaq - "iPhone 11 Pro" və "iPhone 11 Pro Max". Onlar ekran diaqonallarına görə fərqlənirlər 5,8 və 6,5 düym.  

Hər üç yeni model A13 prosessoru ilə çalışacaq. Bu isə smatrfon tarixində ən güclü deməkdir. Bu saniyə ərzində trilyon əməliyyat ictra etmə\yə imkan yaradır.

Son iki modelin qiyməti 999-1099 dollar arasında olacaq. Həvəskarları "Apple" modellərini sentyabrın 20-dən ala biləcəklər. 

 названия (2)
названия (2)