“Şahdağ” Qış-Yay Turizm Kompleksinin adı siyahıdan çıxarıldı

11 Sentyabr, 2018 10:27 | Həyat Tərzi | Baxış sayı: 92
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

Kompleks Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. Baş nazirin birinci müavini Yaqub Eyyubov bu barədə imzalayıb.

Qərarla “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin adı çıxarılıb. Turizm Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.