Günəş tutulacaq

11 Avqust, 2018 10:42 | Həyat Tərzi | Baxış sayı: 103
Günəş tutulması
Günəş tutulması

Bu, ilin son tutulması olacaq

Bu gün Günəş tutulacaq. Bu ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq. Tutulma saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Xatırladaq ki, bir neçə gün öncə də əsrin ən uzun Ay tutulması baş vermişdi.