Rəqs edən milyonçu axtarışa verildi - VİDEO

11 Avqust, 2017 16:16 | Həyat Tərzi | Baxış sayı: 176
Canluka Vakki
Canluka Vakki

Villa ilə yaxtaların müsadirə olunacağı deyilir

İnstagram-da paylaşdığı fotolar və videolarla məşhurlaşan, sosial şəbəkələrdə "rəqs edən milyonçu" kimi tanınan 50 yaşlı Canluka Vakkinin ciddi problemləri var.

İnstagram-dakı profilinin 11 milyondan artıq daimi təqibçisi olan italyan iş adamı lüks həyatının əks olunduğu paylaşımlarla tanınır.

O, qeyri-rəsmi nikahda olduğu xanımı, sabiq "Miss Kolumbiya" Ariadna Qutyerreslə əylənir, rəqs edir və bu anları smartfonla çəkərək profilində paylaşır.

Canluka Vakkinin şirkətinin İtaliyadakı 4 banka toplam 10,5 milyon avro kredit ödənişləri borcu olduğu aşkarlanıb. Banklar bəyan ediblər ki, Vakki uzun müddətdən bəri ödənişləri həyata keçirmədiyindən onun Sorrentodakı villasına və iki yaxtasına ən yaxın günlərdə həbs qoyula bilər.

Villa ilə yaxtaların müsadirə olunacağı da vurğulanır.