Kişinin mədəsindən elə şeylər çıxdıki...

11 Avqust, 2017 10:33 | Həyat Tərzi | Baxış sayı: 140
Əməliyyat
Əməliyyat

Əməliyyata girən həkimlər belə çaşıblar

Misirdə xəstəni əməliyyat edən həkimlər şoka düşdülər. İstiPress-in məlumatına görə, əməliyyat masasında olan xəstənin mədəsindən mismarlar çıxıb. 

30 yaşlı misrili kişi mədəsində olan kəskin ağrılardan sonra xəstəxanaya gətirilib. USM müayinəsindən sonra həkimlər onun mədəsində yad cisimlər olduğunu görüblər. Dərhal əməliyyata aparılan gəncin mədəsindən 3 saatda 39 mismar, 1 alışqan və dırnaq tutmaq üçün istifadə edilən qayçı çıxıb. 

Adı açıqlanmayan kişinin yaxınları bunun ilk hal olmadığını deyirlər. Onların sözlərinə görə, gənc daha öncədə yad cisimlər udub. Bunu nə üçün etdiyi isə müəmmalı olaraq qalır.