600 kq-lıq timsah

11 İyul, 2018 15:04 | Həyat Tərzi | Baxış sayı: 80
Timsah
Timsah

Onu 8 ilə tutmaq mümkün olub

Avstraliyada 8 illik çalışmadan sonra ən iri timsah tutulub. Bu barədə "The Daily Telegraph" məlumat yayıb. Həhəng heyvan nə az, nə çox düz 600 kq-dır. Onun uzunluğu isə 4,7 metrdir. Yerli sakinlər hürgüclü timsahı ilk dəfə 2010-cu ildə Ketrin çayında görüblər. Baytaraların hesablamasına görə, heyvanın 60-a yaxın yaşı var. 

"Biz bu illər ərzində çox üsuldan istifadə etmişik. Amma onu tutmaq elə də asan deyildi. Yaşını, ölçülərinizi nəzərə alsaq indi biz çox sevinirik", deyə əməliyyatın rəhbəri Con Berk deyib. 

Heyvan timsah fermasına yerləşdirilib. 

Avstraliyada hürgüclü timsahlar ildə azı 2 nəfəri öldürürlər. 1970-ci ildə onların nəsli kəsilmək üzrə idi. Bunun üçün də onları ovlamaq qadağan edildi. Bu gün heyvanların populyasiyası artıb.