İstirahətin də ziyanı ortaya çıxdı

11 İyul, 2017 10:32 | Həyat Tərzi | Baxış sayı: 94
İstirahət
İstirahət

Çimərlikdə uzanmaq intelekti öldürür

Sən demə, istirahətin insan orqanizminə böyük ziyanı var. İstiPress-in məlumatına görə, alimlər belə qənaətə gəliblər. Belə ki, iki həftə işsiz qalmağın əqli qabiliyyəti zəiflətdiyi müəyyən edilib. 

Mütəxəssislər hesab edirlər ki, çimərlikdə uzanmaq və heç nə etməmək çox ziyanlı vərdişdir. Britaniyalı elm adamları iddia edirlər ki, belə istirahət hətta ölümə belə səbəb ola bilər. 

Belə istirahət zamanı insan əzələ kütləsini itirir və piy miqdarı artır. "Beynin iş effektivliyi aşağı düşür", deyə Erlanqen universitetinin alman alimləri də qeyd edirlər. 

İntelektin itirilməsini müəyyən zaman ərzində bərpa etmək olur. Amma tam şəkildə deyil. 

Sağlamlığımız üçün ziyanlı olan ancaq istirahət deyil, həm də uzun müddətli yuxudur. Belə ki, 9 saatdan çox yuxu sağlamlığa pis təsir edir.