Hamilə qadının qarnında elə bir şey göründü ki... FOTO

11 İyul, 2017 12:50 | Həyat Tərzi | Baxış sayı: 317
USM
USM

20 həftəlik körpənin USM görüntüsü qorxuya saldı

Körpələrinin inkişafını izləmək üçün ultrasəs müyinəsinə gedən qadın sözün əsl mənasında şoka düşüb. İstiPress-in məlumatına görə, qəribə hadisənin ünvanı Böyük Britaniya olub.

Eşli Med və Qarri Tusson cütlüyü 20 həftəlik körpələrinin USM görüntüsünə baxanda gözlərinə inanmayıblar. 

Onlar görüntülərdə vəhşi bir qurdun ailəyə baxdığını görüblər. Cütlük ilk baxışdan bundan qorxsa da, daha sonra ana bətnindin heyvana bənzər formasını yaxşılığa doğru yozub. 

Eşlinin sözlərinə görə, müayinədən 4 gün öncə həyat yoldaşı ilə övladlarına Romeo adını verməyə qərar alıblar. "Roma mifologiyasına görə, Romeo adı canavar tərəfindən böyüdülən iki qardaşdan biri olan Romulusun adından yaranıb. Qurd onun totetimidir və onu qoruyur".