Güclü külək 159 nəfəri xəstəxanalıq etdi

11 İyul, 2017 19:40 | Həyat Tərzi | Baxış sayı: 90

Təbiət hadisəsi İranda olub

İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində güclü tozlu külək səbəbindən 159 nəfər xəstəxanya müraciət edib.

İstiPress xəbər verir ki, xəstəxanaya müraciət edənlərdən 121 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 38 nəfərin müalicəsi davam edir.

Xəstəxanaya müraciət edənlərin əsas şikayəti tozlu külək səbəbindən göz ağrıları, yuxarı tənəffüs yollarında yaranan problemlə bağlı olub. Mənbə: Trend