Xərçəngin düşməni - sapına kimi faydalıdır

11 İyun, 2019 14:21 | Həyat Tərzi | Baxış sayı: 416
Gilas
Gilas

Ən dadlı yay meyvəsi qocalmanı da gecikdirir

Ağ-qırmızı, iri, ləzzətli yay meyvələri arasında ən dadlısı olan gilası saplağına kimi istifadə edin. Bu meyvə C vitaminin əsl mənbəyidir. Meyvənin tərkibindəki antioksidantlar hüceyrələrə zərər verən sərbəst radikallar ilə mübarizə aparır. Bu da dolayısı ilə yaşlanmanı gecikdirir, hüceyrələri yeniləyir, immuniteti gücləndirir.  

Mövsümündə bol-bol gilas yemək üçün səbəblərimiz çoxdur  -  gilas antioksidant səviyyəsi ən yüksək olan meyvədir. Onun tərkibindəki antosiyaninlər nazik qan damarlarının divarlarını təmizləyir, gücləndirir, qan və oksigenin ötürülməsini yaxşılaşdırır. Bu meyvə həm də xərçəngin bir çox növündən də qoruyur.

Onun tərkibindəki melatonin bədənin bioritmini tənzimləyir, yuxuya asan getməyə kömək edir. Bu meyvə xolestrol səviyyəsini azaldır, ürəyi qoruyur, iflic riskini endirir. 

12 gilas cəmi 60 kaloridir. Bu meyvənin hətta saplağı belə faydalıdır. Saplaqlardan dəmlənən çay sidikqovucu təsirə malikdir.