Bayram namazının vaxtı bilindi

11 İyun, 2018 15:20 | Həyat Tərzi | Baxış sayı: 505
Namaz vaxtı
Namaz vaxtı

Namaz 08:00-da olacaq

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İstiPress-ə verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzə Pir məscidində bayram namazına qatılacaq.

Xatırladaq ki, bu il Ramazan bayramı iyunun 15-nə təsadüf edir.