Xəstəliklərin səbəbi bilindi - stressli iş

11 May, 2017 11:43 | Həyat Tərzi | Baxış sayı: 124
Ofis
Ofis

Azərbaycanın şimal qonşusunda yaşayanlar belə düşünür

Sağlamlıqla bağlı problemlərin yaranmasının əsas səbəbi iş və stress, eləcə də xəstəliklərin profilaktikası üçün pul çatışmazlığıdır. İstiPress-in məlumatına görə, Azərbaycanın şimal qonşusunda keçirilən sorğu belə deməyə əsas verir. Sorğunu ictimai rəyin öyrənilməsi üzrə Ümumrusiya mərkəzi keçirib. 

Rəyi soruşulanların 35 faizi belə düşünr. 32 faiz əhali isə xəstəliklərər pis ekologiyanın səbəb olduğu qənaətindədir.

Xəstəliklərin yaranmasına səbəb olan faktorlar arasında 3-cü yerdə yaşdır. Səbəblər arasında illərlə yığılan gərginliyin stressi, istirahət imkanının olmaması, ziyanlı vərdişlər, fiziki aktivliyin olmaması, irsi, təhlükəli obyektlərdə və ya onların yaxınlığında iş, eləcə də qeyri-sağlam qidalanma var.