Ev alana yaşamaq icazəsi verən ölkələr

11 May, 2017 14:58 | Həyat Tərzi | Baxış sayı: 247
Makedoniya
Makedoniya

Bir çox ölkələr son illər dünyada hökm sürən iqtisadi böhrandan çıxmaq üçün gözlənilməz addımlar atmağa başlayıb. Məsələn, onlar ölkəsinə sərmayə qoyanlara, ev alan və ya əhaliyə iş verənlərə yaşama icazəsi, vətəndaşlıq şansı verir. İstiPress ev alana yaşama icazəsi verən bir neçə ölkəni təqdim edir:

ABŞ
Hökumətin əvvəlcədən müəyyən etdiyi regionlarda 500 min dollar sərmayə qoyan və ya 1 milyon dollarlıq şirkət quranlara müddətsiz yaşama icazəsi verilir. Beş ildən sonra isə vətəndaşlıq verilir.

Almaniya
250 min avro sərmayə ilə iş quraraq əvvəlcə yaşama icazəsi, sonra vətəndaşlıq almaq olar. 

Dominikan 
Tək başınıza vətəndaşlıq üçün 100 min, ailə ilə köçmək üçün 200 min dollar sərmayə lazımdır. 

Litva 
Bu ölkənin qiymət kvotası belədir - böyük şəhərlərdə azı 143, ucqarlarda isə 72 min avro sərmayə. 

İrlandiya
400 min dollarından keçib daşınmaz əmlak alaraq yaşayış icazəsi ala bilərsiz. 

İspaniya
160 min avroluq yaşayış yeri alanlar həm yaşama icazəsi, həm də vizasız səyahət imkanı qazanırlar. 

Kanada
Şimali Amerikanın bir addımlığında yaşamaq istəyirsinizsə, ya 400 min dollarlıq sərmayə qoymalı, ya da 800 min dollarlıq bank hesabınız olmalıdır.

Makedoniya
İki fürsət var - ya 40 min avroluq daşınmaz əmlak alaraq bir illik yaşama icazəsi almaq, ya da 400 min avroluq sərmayə qoyaraq vətəndaşlıq haqqı. 

Portuqaliya 
İşsizliyin yüksək olduğu ölkədə yarım milyon avrosundan keçib mülk alan turistlərə vizasız səyahət imkanı verilir. Ən azı 10 nəfəri işlə təmin edən şəxsin qazancı isə daha böyükdür - o, yaşamaq üçün icazə əldə edir.

Uruqvay 
Ən rahat yaşamaq şansını verən ölkələrdən biri də Uruqvaydır. Bu ölkədə 3 illik yaşamaq və vətəndaşlıq almaq üçün ayda 1200 dollarlıq iş tapmaq kifayətdir. 

Ukrayna
Vizasız giriş və yaşama icazəsi üçün açacağınız şirkətin hesabında 100 min dolların olması yetərlidir.

Yunanıstan
Aralıq dənizi sahilindəki bu qədim diyardan 250 min avrodan baha bir mülk alsanız, bu sizə 5 il ölkədə yaşamağa icazə verəcək. Amma işləmə icazəsi bura aid deyil.