Bakıda qadınlar üçün bir ilk

11 May, 2017 15:54 | Həyat Tərzi | Baxış sayı: 227
Makiyaj dərsi
Makiyaj dərsi

Stilist qadınlara pulsuz gözəllik dərsi verdi

Tanınmış stilist Gülya Hüseynova Azərbaycanda bir ilkə imza atdı. İstiPress-in məlumatına görə, stilist sosial layihə təşkil edərək Bakı sakinləri təmənnasız saç düzümü və makiyaj edib. Layihənin məqsədi xanımları maarifləndirmək olub.

Park Bulvar əyləncə və ticarət mərkəzində seminar təşkil edən stilist şəhərin xanımlarının suallarını cavablandırıb.

Təbii stil nədir? Necə müəyyən olunur? - kimi suallara cavab verən peşəkar stilist xanımları çox maraqlandıran mövzulara da toxunub. Üz quruluşuna görə makiyaj və saç düzümü etməyin qaydaları, düzgün korreksiya, foto və video çəkilişlər zamanı makiyaj, iş xanımları üçün makiyaj, məkana görə saç və makiyajın seçilmə qaydaları, gündüz makiyajı ile gecə makiyajının seçilmə qaydaları ilə bağlı şəhər sakinlərinə məlumat verılib.

Stilist bir neçə xanıma təmənnasız saç düzümü və makiyaj edərək onlara hansı tərzin yaraşacağını da əyani olaraq göstərib.