Qadınlar çılpaq yatsın

11 Aprel, 2019 15:25 | Həyat Tərzi | Baxış sayı: 390
Yatan qadın
Yatan qadın

Fasiləsiz və keyfiyyətli yuxu üçün mütəxəssis məsləhəti

Fasiləsiz uzun yuxu üçün qadınlar çılpaq yatmalıdırlar. Mütəxəssislər deyirlər ki, yatan zaman qadınların üzərindəki geyimlər, yorğanın yaratdığı istilik hissi bakteriyaların yaranmasına zəmin hazırlayır. Ancaq gecə paltarı belə qadınların bədənləri üzərində mənfi təsirlərə yol aça bilər. Yatarkən bədənin havalanmaması göbələk kimi problemlə də sizi üz-üzə qoyar.

Uzun illər yuxu ilə bağlı araşdırmalar aparan mütəxəssislər sağlam həyat, sağlam cinsi münasibət, arıqlamaq, stresi azaltmaq üçün yuxu keyfiyyətini artırmağı məsləhət görürlər. Yuxuya tez getmək üçün bədən temperaturunu düşürmək faydalıdır. Bunun üçün də yatağa girəndə bütün geyimlərinizdən azad oln. Ancaq birindən başqa - corablar. Çünki qan dövranı yuxu zamanı fərqli şəkildə dəyişə bilir. Bu isə bir çox insanın üşüməsə belə ayaqlarının soyumasına səbəb olur. Soyuq ayaqlar sakit yuxunuzu poza bilər. Corablar mütləq pambıqdan olmalıdır. Sintetika gecə boyu ayaqların tərləməsinə səbəb olaraq daha böyük problemlərə gətirib çıxarar. 

Çılpaq yatmaq ancaq yuxu keyfiyyətini deyil, həm də özünüzə olan güvəni də artıra bilər.