İlham Əliyevə özəl gümüş hədiyyə (FOTO)

11 Aprel, 2017 10:38 | Həyat Tərzi | Baxış sayı: 167
Azərbaycan prezidentinə hədiyyə
Azərbaycan prezidentinə hədiyyə

Prezident və Mehriban Əliyevaya özəl hədiyyə Trabzondan göndərilib

Azərbaycan prezidenti İlham Əliyevə Türkiyədən özəl hədiyyə gəlib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hədiyyə ona bir neçə gün öncə Bakıda açılışı olan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində təqdim edilib. 

Sərgidəki Türkiyənin Trabzon bölgəsinə aid stendə yaxınlaşan prezident sürprizlə qarşılaşıb. Türkiyənin Bakıdakı səfiri Erkan Özoral prezidentə Trabzon haqqında ətraflı məlumat verib. Ona Trabzonda hazırlanan özəl gümüş təsbeh, Birinci vitse-prezident Mehriban Əliyevaya isə boyunbağı hədiyyə edilib. 

İllər öncə Trabzonda olduğunu deyən prezident bu şəhərə heyran qaldığını da etiraf edib. 

Prezidentə verilən hədiyyə
Prezidentə verilən hədiyyə