İdman edərkən mütləq bunu edin (FOTO)

11 Mart, 2017 13:07 | Həyat Tərzi | Baxış sayı: 116
Süd vannası
Süd vannası

Körpə dərisinə sahib olmaq üçün üsul

Yaz qışın soyuğunda, şaxtasında öz təravətini itirən dərimizin bərpası üçün ən yaxşı zamandır. Ətraf mühitin təsirinə ən çox məruz qalan üz dərimizdir. Məhz buna görə ona qulluq xüsusi olmalıdır.

İstiPress körpə dərisi kimi gözəl cildə sahib olmaq üçün 7 qızıl tövsiyyəni təqdim edir.

İdmanda baş örtüyü taxın
İdman edərkən başınıza bandana taxmağı unutmayın. Çünki idman zamanı ən çox tərləyən başımız olur. Üzümüzə tökülən tər dərimizdə kənar maddələrin toplanmasına və təravətini itirməsinə səbəb olur. Baş örtüyü bu tərin üzlə təmasına mane olur və mənfi tərsirləri azaldır. 

Baş bandanası
Baş bandanası

Müntəzəm yuxu 
Normal və keyfiyyətli yuxu nəinki üz dərisi, bütün orqanizmin sağlamlığı üçün əvəzedilməzdir. Bunun üçün isə gün ərzində azı 7 saat yatmaq lazımdır.

Göz ətrafına qulluq  
Ən nazik dəri göz ətrafındadır. İllər bu bölgədə öz təsirini olduqca tez göstərir. 20 yaşlarda belə olsanız baxımsız göz ətrafı dərisi sizi olduğunuzdan daha yaşlı göstərəcək. 

Yuxu
Yuxu

Süd vannası 
Vanna qəbul edərkən ora bir neçə stəkan süd əlavə edin. Süd ən təbii nəmləndiricidir. Dərinizdəki fərqi dərhal hiss edəcəksiniz.

Limon möcüzəsi 
Limon dərinin daha parlaq görünməsinə səbəb olur, məsamələri qapayır. 

Uşaq şampunu 
Pudra və ənlik fırçlarınızın təmizliyinə ciddi yanaşın. Fırçaları körpə şampunu ilə təmizləyin.

Limon maskası
Limon maskası