Səudiyyədə 6 ayda 40 min qadın "prava" aldı

11 Yanvar, 2019 08:53 | Həyat Tərzi | Baxış sayı: 24
Sükan arxasında oturan ərəb qadın
Sükan arxasında oturan ərəb qadın

Sürücülük kurslarına yazılmaq istəyən qadınların sayı dayanmadan artır

Səudiyyə Ərəbistanında 40 mindən artıq qadın sürücülük vəsiqəsi alıb. Bu barədə krallığın daxili işlər naziri Məhəmməd əl-Bassami bildirib. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin müxtəlif rayonlarında qadınlar üçün 14 yeni təlim mərkəzi açmağı planlaşdırır.

Hazırda fəaliyyət gösətərən mərkəzlərdə sürücülük kurslarına yazılmaq istəyənlərin sayı həddindən artıq çoxdur. Bu isə uzun növbələrin yaranmasına səbəb olur. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanında qadınlar illərlər sürücülük hüququ əldə etmək uğrunda mübarizə aparıblar. Ancaq bu hüququ onlara ötən ildən verilib. Qadınlar iyunun 24-dən sürücülük hüququq verən vəsiqələr əldə edirlər.