Ən məşhur kanallardan biri də bağlanır

11 Yanvar, 2019 11:10 | Həyat Tərzi | Baxış sayı: 578
Televiziya
Televiziya

Yayaım ancaq internetlə olacaq

Türkiyənin ən məşhur kanalı fəaliyyətini dayandırır. Söhbət ölkənin ilk video, musiqi kanalı olan "Kral TV"dən gedir. İstiPress-in məlumatına görə, kanal "Doğuş Grub"un tərkibindədir. Televiziya həyatına son qoyan kanal fevral ayının 1-dən yayımına rəqəmsal mühitdə davam edəcək. Kanaldan verilən açıqlamada deyilir:  

"Kral TV  fevralın 1-dən yayımına rəqəmsal davam edəcək. Kral mobil tədbiqi, "Apple" TV Kral tədbiqi, "Kral" YouTube kanalı, "kralmuzik.com.tr" və yaxında "Smart TV" ilə yayım davam edəcək".

"Kral Tv" 1994-cü ildə fəaliyyətə başlayıb. 2008-ci ildə hərracla 95 milyon dollara Doğuş Media Qrupuna satılıb. Son illərdə onun populyarlığı əhəmiyyətli dərəcədə azalmışdı.