Qara uşaq kimi sevinən panda VİDEO

11 Yanvar, 2018 14:22 | Həyat Tərzi | Baxış sayı: 109
Panda
Panda

Heyvan qarın üzərində yuvarlanıb, onun keyfini çıxarıb

Pandalar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan nadir heyvanlardırlar. Bu sevimli heyvanların böyük əksəriyyəti xüsusi nəzarətdə saxlanılır.

Çin bu heyvanların ən çox saxlandığı ölkələrdən biridir. Bu ölkə ancaq pandaları ziyarət etmək istəyənlərin hesabına hər il milyonlar qazanır. Bu sevimli heyvanların davranışları, görünüşləri insanı onlara heyran qoyur.

Bu günlərdə isə ilk qarın sevincini yaşayan pandanın internetə düşən görüntüsü milyonlarla insan tərəfindən izlənilib. Kadrlarda panda balasının qara uşaq kimi sevindiyi açıq-aşkar görünür. O, qarın üzərində oyan-bu yana fırlanır, hətta onu yeməyə də çalışır.