Gecə işləyən qadınlara pis xəbər

11 Yanvar, 2018 13:03 | Həyat Tərzi | Baxış sayı: 219
Gecə növbəsində çalışan tibb bacısı
Gecə növbəsində çalışan tibb bacısı

Xərçəng olma riskiniz daha çoxdur

Gecə işləyənlərin xərçəng riski olmaq riski böyükdür.  İstiPress-in məlumatına görə, Çinin Şicuan universitetinin alimləri araşdırmalarından sonra belə qərara gəliblər.

Sən demə gecə növbəsində çalışan qadınların bu qorxulu xəstəliyə yoluxmaq riski gündüzdə çalışan həmcinsləri ilə müqayisədə ortalama 19 faiz daha yüksəkdir. Xərçəngin bəzi növlərində isə bu rəqəm daha da qorxuludur. Məsələn, mədə xərçəngində risk 18 faiz olsa da, dəridə 41, süd vəzində isə 32-dir.

Araşdırmanın nəticələri ABŞ-ın "Cancer Epidemiology, Biomarkers and Prevention"  jurnalında dərc edilib. Tədqiqatı aparan onkoloq Xuelei Manın sözlərinə görə, Amerika, Avropa, Asiya və Avstraliyada qadınlar üzərində aparılan 61 ayrı araşdırmadan faydalanıblar.

Ən yüksək risk qrupunda olanlar gecə işləyən tibb bacılarıdır. Onların süd vəzi xərçinə yaxalanma riski 58 faiz daha artıqdır. Mütəxəssislərin sözlərinə görə, bu sahədə çalışanlar daha çox maariflidirlər və müntəzəm olaraq tibbi müayinələrdən keçirlər. Rəqəmlərdə məhz bu müayinələrin nəticələri əsasında əldə edilib. 

Belə qorxulu nəticəyə səbəb isə gecə işinin daha ağır və stresli olması ilə əlaqələndirilir.