Obama ağlayaraq xanımına etiraf etdi: "Səninlə qürur duyuram (VİDEO)

11 Yanvar, 2017 12:26 | Həyat Tərzi | Baxış sayı: 55
Barak Obama
Barak Obama

Supergücün rəhbəri həyat yoldaşından danışanda göz yaşlaını saxlaya bilməyib

ABŞ prezidenti Barak Obama hamını ağlatdı. Prezident vida nitqində birinci xanıma təşəkkür edib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ikinci dəfə prezidentlik müddətinin sonuna çatan Obama Çikaqoda vida çıxışı edib. O,deyib ki, həyat yoldaşı Mişel onun üçün nümunədir və onu dostluğuna böyük qiymət verir.

"Məni səninlə qürur duymağa vadar etdin. Səninlə bütün ölkə də qürur duyur". Birinci xanım haqqında danışarkən Obama göz yaşlarını saxlaya bilməyib. M.Obama isə daha soyuqqanalı olub. "Son 25 ildə sən mənim həyat yoldaşım, uşaqlarımın anası, ən əsasə isə dostum olmusan", deyə prezident birinci xanıma heyranlığını açıq etiraf edib. 

Müşahidəçilər deyirlər ki, son 8 ildə - Obama ailəsinin Ağ evdə yaşadığı dövr ərzində həyatları haqqında hər hansı xoşagəlməz detal, bir qalmaqal belə qeydə alınmayıb.

Bundan sonra prezident zalda olan 18 yaşlı qızı Maliyaya da müraciət edib. "Həyatda etdiyim hər şeydən daha çox sizin atanız olmaqla qürur duyuram". 

Obama vitse prezidentə də təşəkkür etməyi unutmayıb. Ağ ev rəhbəri Co Baydenin simasında özünə qardaş tapdığını deyib.