Kişi və qadın dərmanları ayrı olsun - təklif

11 Yanvar, 2017 16:32 | Həyat Tərzi | Baxış sayı: 26
Dərman
Dərman

Bu təklifi Kaliforniyalı alimlər səsləndirib

Kişi və qadın dərmanları ayrı ola bilər. İstiPress Rusiya mətbuatına istinadən xəbər verir ki, Kaliforniyalı alimlər bu təklifi səsləndirib. Onlar düşünürlər ki, tədqiqatçılar bu yolla müalicə effektivliyini artırmaq olar. Bu, həm də onların əks təsirlərini azalda bilər.

Alimlər bu haqda dərmanların hazırlanması mərhələsində düşünülməli olduğunu deyirlər. 

İlk növbədə dərmanların cinsə görə fərqləndirilməsinin ağrıkəsicilərə aid edilməsi təklf edilir. Belə ki, onlar orqanizmin hormonal sistemi ilə birbaşa bağlıdırlar. 

Eyni dərmanların kişilər və qadınlara fərqli təsiri artıq sübut edilib.