Ay planetimizin "artığı" imiş?

11 Yanvar, 2017 03:39 | Həyat Tərzi | Baxış sayı: 34
Ay planetimizin "artığı" imiş?
Ay planetimizin "artığı" imiş?

Alimlərdən yeni nəzəriyyə

İsrail alimləri Ayın formalaşması ilə bağlı maraqlı nəzəriyyə ilə çıxış edib.

İstiPress xəbər verir ki, İsrailin "Technion" Universitetinin professoru Haqai Peres və "Weizmann" İnstitutunun professorları Raluca Rufo və Oded Aharonson apardıqları birgə işdə Ayın, dünyanın əmələ gəlmə mərhələsində planetə dəyən kiçik göy cisimlərinin yer üzündən ayırdığı parçaların birləşməsindən ibarət olduğunu irəli sürüb.

Alimlər bu nəzəriyyə ilə bağlı 800 ayrı toqquşma simulyasiyası hazırlayıb.

Qeyd edək ki, bu günə qədər Ayın Yer ilə Mars böyüklüyündə bir planetin toqquşması nəticəsində yarandığı qəbul edilirdi.