5 yaşlı uşaq necə milyonçu oldu? (VİDEO)

11 Yanvar, 2017 11:05 | Həyat Tərzi | Baxış sayı: 33
Rayan
Rayan

Rayanın oyuncaq sevgisi ona bir aya 1 milyon dollar qazandırır

Amerikada 5 yaşlı uşaq oyuncaqlara olan sevgisi sayəsində milyonçu olub. İstiPress-in "lenta.ru"ya istinadla verdiyi məlumata görə, 2015-ci ilin mart ayında Rayan adlı uşağın anası "YouTube" da "Ryan ToysReview" adlı kanal açıb. Buraya o öz övladının müxtəlif oyuncaqlarla oynayan zaman çəkilən video görüntülərini yükləyib.

İndi Rayan dünyanın ən balaca və varlı blogerləridən biridir. Onun aylıq qazancı milyon dollara kimi qalxır. 

Blogerin anasının sözlərinə görə, oğlu "YouTube"də uşaqları izləməyi sevib. Bir gün o anasından nə üçün özünün internetdə olmadığını soruşub. "Biz onunda videolarını yükləmək qərarına gəldik. Oyuncaq mağazasına getdik və ilk oyuncağı- qatar aldıq. Hər şey də məhz bununla başladı". Videolar qısa zaman ərzində milyonlarla baxış toplaya bilib. 

Yarım ilə kanala 6 milyona yaxın insan abunə yazılıb.

Adətən "Ryan ToysReview" kanalında Rayan bir neçə oyuncağı test edir və təssüratlarını bölüşür.