"WhatsApp" bu telefonlarla vidalaşır

10 Dekabr, 2019 11:52 | Həyat Tərzi | Baxış sayı: 4044
"WhatsApp"
"WhatsApp"

Fevralın 1-dən mesajlaşama xidmətindən istifadə etmək olmayacaq

Milyonlarla adamın gündəlik istifadə etdiyi  "WhatsApp" ani mesajlaşma xidməti 2020-ci ildə bəzi mobil cihazlara verdiyi dəstəyini dayandıracaq.  Söhbət milyonlarla telefondan gedir. Yəni milyonlarla istifadəçi "WhatsApp"dan yararlanmaq üçün yeni cihazlara keçid etməli olacaq.

İlk olaraq dekabrın 31-dən "Windows Mobile" tədbiqinə sahib ağıllı cihazlarla vidalaşma olacaq. Fevralın 1-dən etibarən "Android 2.3.7"dən aşağı olan telefonlar, eləcə də "iOS 7" tədbiqindən köhnələri istifadə edən "iPhone" modellərində "WhatsApp" işləməyəcək. Bəzi modellər isə xidmətdən istifadə etsələr də, yenilənmələri əldə edə bilməyəcəklər. 

Bundan başqa əgər səhifəni bağlasanız, yenisini açmaq da mümkün olmayacaq.

Yəni çox məhdud istifadə mümkün olacaq və məcburən daha yeni tədbiqlərə keçid etməli olacaqsınız.