Dörd günə beyni qurudan qidalar

10 Oktyabr, 2018 14:49 | Həyat Tərzi | Baxış sayı: 216
Yağlı qida
Yağlı qida

Bu məhsullar yaddaşı korlayır, düşünmə qabiliyyətini zəiflədir

Sevə-sevə iştahla qəbul etdiyimiz qidalar beynimizi cəmi bir neçə dəqiqədə məhv edə bilər. Amerika Nevrologiya Akademiyasının apardığı araşdırmalara görə, yağlı, şəkərli qidalar yaddaşı 4 gün ərzində məhv edir. 

Araşdırma çərcivəsində 4 gün ərzində səhər yeməyində çox yağlı və şəkərli qidalar qəbul edən şəxslərin göstəriciləri tədqiq edilib. Nəticədə belə qidalanma proqramının düşünmə, xatırlama kimi qabiliyyətlərə mənfi təsir etdiyi, beyin sağlamlığını pozduğu müəyyən edilib. 
 
Oxsford universitetində aparılan başqa bir təcrübədə isə yüksək yağlı qidaların beş gün ərzində yaddaş, diqqət pozğunluğu ilə yanaşı əhvalı da dəyişdiyi üzə çıxıb. 
 
Yağlı yeməyin yol açdığı daha bir problem isə artıq çəki və onun səbəb olduğu xəstəliklərdir. Məsələn, ürək çatışmazlığı, diabet və s.