III və IV Dünya müharibəsinin tarixi - Nostradamusun öncəgörmələri FOTOLAR

10 Oktyabr, 2017 14:35 | Həyat Tərzi | Baxış sayı: 304
Nostradamusun kəhanəti
Nostradamusun kəhanəti

Tarixin ən məşhur münəcciminin gördükləri

Tarixin ən məşhur fransalı həkim və münəccimi olan Nostradamus əsrlər öncə baş verəcək hadisələrlə bağlı doğru proqnozları ilə tanınıb. Onun dedikləri arasında artıq özünü doğruldan proqnozları da kifayət qədər çoxdur. Nostradamusun kəhanətləri tarixin ən çox müzakirə edilən mövzuları arasında heç nədən yer almayıb.

1503-1566-cı illərdə yaşayan kahinin öncəgörmələri əslində o qədər də ürəkaçıcı deyil. Məsələn, o 2017-c ildə ABŞ-da utanmaz, riski sevən və yüksək tonda səslə danışan şəxsin lider olacağını demişdi. 

Bəs münəccimin başqa hansı qorxulu kəhanətləri var? 

Onun yazılarının şifrələrini açan fransız Peter Lemesurier bəzi öncəgörmələri təqdim edib. Bu kəhanətlər içərisində ən çox diqqət çəkənləri isə bunlardır: 

O, deyirdi ki, iki şəhərin girişində və içində daha öncə heç vaxt görülməmiş xəstəlik olacaq. Xəstəlik böyük aclığa yol açacaq. Sonunda kömək üçün Tanrıya yalvaracaqlar.

Nostradamus ABŞ-ı sarsıldacaq bir epidemiyadan da söz edir. Bu xəstəliklərin isə HİV, depressiya, narkotik asılılığı olacağı ehtimal edilir.

Günəş və Ay bir buludla qapanacaq, dünya qaranlıqda qalacaq.

Qırx il heç göy qurşağı görünməyəcək. Sonra 40 il hər gün görünəcək. Müqəddəs torpaqlarda quraqlıqlar başlayacaq. Bunun ardınca isə böyük su basqınları gələcək. 

Nostradamus öz ölüm tarixini belə bilib. Ona "gecəniz xeyrə" deyən rahibə cavabı "bu gün son gecəmdir, sabah öləcəyəm" deyə cavab verir. Nostradamus 1 iyun 1566-cı ildə bu sözləri deyəndən bir neçə saat sonra dünyadan köçüb.

Hətta məzarının açılacağı tarixi belə görən (1700- məhz bu tarixdə onun məzarının yeri dəyişdirilib) münəccim bu hadisədən 91 il sonra olacaqlara dair qeyd edib. “Kim ki tapdığında məzarı açacaq və kim ki açdığı məzarı dərhal bağlamayacaq, lənət onu tapacaq. Heç kim də onun səbəbini bilməyəcək". Bu yazıda qeyd edildiyi kimi 1791-ci ildə sərxoş fransız əsgərlər Nostradamusun məzarını açırlar. Çox keçməmiş kral tərəfindən pusquya düşürülən əsgələr vəhşicəsinə öldürülürlər.

İngilis mütəxəssislər Nostradamusun "Yüzillər" adlı kitabının 3-cü cildini belə şərh edirlər:

İndoneziya zəlzələsindən sonra, Yunanıstan və Türkiyədə də qarışıqlıq olacaq. (Onun 1999-cu ildə minlərlə insanın ölümünə yol açan Gölçükdəki zəlzələni nəzərdə tutduğu deyilir. Bəziləri isə hələ də bu güclü zəlzələnin olmadığına inanırlar).

Mars, Merkuri və Ay bir araya gələcək. Cənub qorxulu quraqlığa şahid olacaq. Asiyanın dibindəki torpaqlar sarsılacaq.

Nostradamusun qeydlərinə görə, 3-cü dünya savaşı 2076-cı ildə başlayacaq. Hətta böyük xaos adlandırılan IV dünya müharibəsindən də söhbət gedir. Bu isə 2106-cı ilə təsadüf edir.