"iPhone 11" neçəyə satılacaq?

10 Sentyabr, 2019 15:51 | Həyat Tərzi | Baxış sayı: 173
iPhone 11
iPhone 11

Bu gün təqdim ediləcək yeni smartfonların qiyməti mətbuata sızdırılıb

Texnolgiya aləminin bütün diqqəti bu gün yeni smartfonunu təqdim etməyə hazırlaşan "Apple"yə yönəlib. Söhbət "iPhone 11"dən gedir. Təqdimata saatlar qalmış ABŞ mətbuatında smartfon bazarının dəbini müəyyən edən yeniliklərin qiyməti ilə bağlı ehtimallar yer almağa başlayıb. 

Mətbuata sızan məlumata görə,  "iPhone 11"in təqribən 1800, "iPhone 11 Pro" modelinin 2100 dollar, "iPhone 11 Pro Max"ın isə 3130 dollar civarında olacağı gözlənilir. 

"iPhone 11" 6.1 düymlük LCD ekrana sahip olacaq. "iPhone 11 Pro" və "iPhone Pro Max" 5.8-6.5 düymlük OLED ekranla bazara çıxacaq. 

Yeni modellər bazara çıxdıqdan sonra ötən il təqdim edilən "iPhone XR", "iPhone XS"in qiymətlərinin ucuzlaşacağı təxmin edilir. 

Yeni "Apple" modellərinin ən böyük üstünlüyü onların 5G texnologiyasını dəstəkləmələridir.