Dünyanın ən balaca atı

10 Sentyabr, 2019 12:39 | Həyat Tərzi | Baxış sayı: 60
Bombel
Bombel

Bombelin boyu cəmi 56 sm-dir

Bombel dünyanın ən balaca atıdır. Polşada yaşayan bu atın hündürülüyü cəmi 56,7 sm-dir. Appaluze cinsindən olan bu atların boyu maksimum 160 sm-ə çatır.

Fermer Patrik və Katarjina Zelinskilər Bombeli 2014-cü ildə 2 aylıq olarkən alıblar. Sahibləri müntəzəm olaraq atı yaxınlıqdakı uşaq xəstəxanasına aparırlar. Burada balaca boylu heyvan xəstə azyaşlılarla vaxt keçirir, onları əyləndirir.

2018-ci ilə kimi dünyanın ən balaca atı Düyməcik hesab edilirdi. Bu miniatür heyvanın cəmi 44,5 sm boyu var idi.