Ana yeni telefon almaq üçün əkizlərini satdı

10 Sentyabr, 2019 15:15 | Həyat Tərzi | Baxış sayı: 144
Əkizlər
Əkizlər

Qadın "qazandığı" pulla kreditlərini də bağlayıb

Çində qadın yeni smartfon üçün dünyaya yenicə gətirdiyi körplərini satıb. Çjentszyan sakini iki övladı üçün 65 min yuan (təqribən 10 min dollar)  tələb edib. 

Məlumata görə, körpələrin atası onlardan imtina edərək yoxa çıxıb. Qızın valideynləri də nikahdan kənar doğulan nəvələrinə baxmaq istəməyiblər. 

Adı açıqlanmayan qadın bu cinayətə borcları çox olduğu üçün əl atdığını deyib. "Satış"dan əldə edilən pulla o özünə yeni telefon alıb və kreditlərini ödəyib.

Körpələrə sahib çıxamayan ata da bu işdən xəbər tutduqdan sonra ortaya çıxıb və əldə edilən pulu bölməyi tələb edib. 

Körpələrin bioloji valideynləri həbs ediliblər. Uşaqlar isə gənc qadının anasına təhvil veriliblər.