Stil ikonası - rus jurnalistlər Mehriban Əliyevanın zövqündən yazdılar FOTOLAR

10 Sentyabr, 2018 09:33 | Həyat Tərzi | Baxış sayı: 154
Mehriban Əliyeva
Mehriban Əliyeva

"O, hətta qərb modelyerlərinin kolleksiyalarından da şərq motivli geyimləri tapa bilir"

Rusiya mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı stil ikonası adlandırıb. İstiPress-in məlumatına görə, Azərbaycanın birinci xanımı, birinci vitse-prezidenti, onun zövqü və şarmı barəsində maraqlı məqalə hazırlanıb. 

Məqalədə qeyd edir ki, Azərbaycanı tipik müsəlman ölkəsi adlandırmaq olmaz. Bu ölkə özündə Avropa tendensiyalarını cəmləsə də, Şərqin mədəni və dini ənənələrini qoruyub saxlaya bilib. Bu həm memarlıqda, həm müasir mədəniyyətdə, həm təhsildə, həm də dəbdə özünü göstərir.

Birinci xanım da bu maraqlı birliyi nümayiş etdirir. Bu onun həm ictimai-siyasi işində, həm də stilində əks edilir.

Mehriban Əliyevanın geyim zövqü hətta məşhur modelyerləri də ilhamlandırır. Məsələn, Vyaçeslav Zaytsev deyirdi ki, Bakıda olduğu vaxt Azərbaycan prezidentinin xanımının stili onu heyran edib: “Ecazkar görünmək bacarığı, onun ünsiyyət tərzi – bütün bunlar gözəl uyğunlaşır və çox gözəl təəssürat doğurur. Sözün əsl mənasında mənim valeh olduğum ecazkar qadındır". 

Azərbaycanın vitse-prezidenti geyimlərində eleqantlıq, sakit tonlar  və aydın cizgilərə üstünlük verir. 

“Stil özünü detallarda, təfərrüatlarda, nüanslarda, davranış tərzində və insandan ayrı təsəvvür edilməyən bir çox şeydə göstərir. Mənə belə gəlir ki, bunu sırf rasional mövqelərdən izah etmək çətindir”.

Birinci xanım bütün bu nüansları nəzərə ala bilir, o hətta qərb dəb evlərinin kolleksiyalarında,“Giorgio Armani”, “Karl Lagerfeld” və “Ralph Lauren” kimi müasir və tanınmış modelyerlərin işləri arasında ənənəvi şərq motivlərindən istifadə edilmiş geyimləri tapa bilir. 

Əsl vətənpərvər kimi birinci xanım Azərbaycanın dizaynerlərini və modelyerlərini dəstəkləyir. Məsələn, IV İslam Oyunlarının bağlanış mərasiminə Birinci vitse-prezident modelyer Rüfət İsmayılın hazırladığı kostyumda iştirak edirdi.

Mehriban Əliyeva bəzək əşyalarından çox istifadədən çəkinir, onun sevimli aksessuarı kimi isə eynəyi göstərmək olar. O, eynəklərini dəbdən, əhvalından və ya tədbirin mahiyyətindən asılı olaraq dəyişir.

Sevimli geyim forması isə futlyar-paltardır. Bu hər zaman Mehriban Əliyevanın platforma ayaqqabılarla və qayıqşəkilli ayaqqabılarla çox uğurla ayaqlaşır.

Mehriban Əliyevanın görüşlərinin əksər hissəsi kişilərin iştirakı ilə - tanıanmış siyasətçilər, biznesmenlər, ictimai xadimlərlədir. Amma o, parlaq görünməkdən çəkinmir. 

Böyük səhnələrdəki rəsmi çıxışlar üçün Mehriban Əliyeva qapalı uzun, ciddi görkəmli, lakin eyni zamanda yumşaq tonları olan paltarlar geyir.

Azərbaycanlı modelyer, rəssam Fəxriyyə Xələfova M.Əliyeva haqqında belə deyir: "Onun həyata keçirdiyi çoxlu missiyası və maraqlı istiqamətləri var. Ancaq mən birini də əlavə edərdim - gözəllik səfiri".